Milyonların gözü önündə biabır olan 10 prezident
Jun 7, 2018
  • 230,511
  • 1,963
  • 306

"Demədi Demə" kanalı Bahadur Seyidova məxsusdur.
Facebook - profili - https://www.facebook.com/BahadurSeyidov2
İnstagram - https://www.instagram.com/demedideme_official/
Video içi reklamları üçün əlaqə - 0553624969
(Diqqət! bu nömrəyə yalnız reklam üçün müraciət edə bilərsiniz.)


Milyonların gözü önündə biabır olan 10 prezident

Prezident olmaq üçün bu insanlar özləri və imicləri üçün uzun və gərgin mübarizə yolunu keçiblər. Ancaq onlar da insandı. Bəzən çox axmaq vəziyyətə düşə bilirlər. Milyonların gözü önündə biabır olmaq onlar üçün də istisna deyil.

1. Corc Buş. O, bəlkə də Amerika tarixinin ən zarafatcıl prezidentidir. Gah orta barmaq göstərir, gah da ki, rəqs edir. Ya da Angela Merkeli əlləyir. Xülasə, şən və zarafatcıl oğlandır. Lakin onun pərt olduğu hallar da az olmayıb. Məsələn, Məhəmməd Əli ilə görüşdə Corc Buş boksda müdafiə duruşundadır. Məhəmməd Əli isə cavabında gözünün altını göyərtmək işarəsini göstərərək ona axmaq olduğunu “anladır”. Belə hadisələrdən biri də Corc Buşun basketbolçularla görüşündə baş verib. Belə ki, top Buşdan qaçıb.
2. Fransua Olland. Bu Fransa prezidentinin axmaqlığına adamın yazığı gəlir. O, Angela Merkellə rəsmi görüşdə qırmızı xalçanın üzərində biabırçı vəziyyətə düşür. Halbuki, həmin zaman ondan, sadəcə, qırmızı xalçanın üzərində yerimək və hərbçilərə salam vermək tələb olunurdu. O, heç pərdənin necə çəkildiyini də bilmirdi. Onu yeniyetmələr belə küçədə lağa qoyub videoya çəkirdilər. Videodan da gördüyünüz kimi, Olland yayda it arabasında küçədə gəzir.
3. Vaslav Klaus. Çexiya prezidenti Vaslav Klaus rəsmi görüşdə qələm oğurlayarkən kameralara yaxalanıb. Diqqətlə izləyin; əvvəl qiymətləndirir: “Hə, pis deyil...” Sonrasına baxırıq. Hop, qələm o biri cibə gedir. Və baxın, o necə də xoşbəxtcəsinə gülümsəyir... Sadəcə, sehrbazdır.
4. Miloş Zeman. Biabırçı vəziyyəti ilə fərqlənən digər Çexiya prezidenti. Zeman dini mərasimə sərxoş halda gəlib. “Belə... Hər şey qaydasındadır. Ayaq üstə dura bilirəm... Mən hardayam ki?!” “Yaxşı ki, yıxılmıram. Pivə artıq idi... Salam.” Sonra isə güclə ayaq üstə duran prezident dini əşyalara maraqla baxır. Qəfildən onun diqqətini nəsə cəzb edir. Deyəsən, o, qəlyanaltı görüb.
5. Mixail Saakaşvili. Gürcüstanın keçmiş prezidenti də az pərt olmayıb. Bir çoxları onu narkotik istifadəsində ittiham etsə də biz bunu deyə bilmərik. Amma, bu kadrda nəsə düzgün deyil. Razılaşın. Sadəcə, yatmayıb, deyəsən. O, köhnə taxta körpüdən keçəndə də yıxılaraq biabır olub. Heç kim yıxılmaqdan sığortalanmayıb. Ancaq Saakaşvili Putinlə telefonla danışarkən yalanını gizlətmək üçün öz qalstukunu yeyəndə, originallıq sərgiləyib. Bəlkə bu, onun özünümüdafiə cəhdidir, kim bilir.
6. Vladimir Putin. Düzdür, Rusiya prezidentinin qeyri-adi vəziyyətləri çox olmasa da, baş verib. Görüşlər zamanı dəfələrlə onun əlini öpməyə cəhd ediblər. Beləcə, Putini pis vəziyyətdə qoyublar. Ya da, Putin qadınları qorxudur. Və yaxud onun dilindən jarqon sözlər çıxır.
7. Pyotr Poroşenko. Ukrayna prezidenti Poroşenko dini mərasim zamanı din xadiminə gülür. Öz etdiyi əməlin fərqinə varıb ətrafına gizlicə göz gəzdirir; “görəsən, anlayan olmayıb ki?!” Gülməyini saxlaya bilmir və sonda hamı ona baxıb gülür. Bir dəfə də Poroşenko əhali ilə görüşürdü. Prezident salam verib əlini uzadır, cavan oğlan isə onun əlini tutmur. Hələ üstəlik prezidentə “Xain!” deyir. Bu gizli çəkiliş zamanı Poroşenko söyüş söyür. Bu isə yolverilməzdir. Prezident harda olur-olsun, əsəblərinə və danışığına nəzarət etməlidir.
8. Viktor Yanukoviç. Ukraynanın keçmiş prezidenti Yanukoviç cümlə qurmağı bacarmırdı. O, gah görüşdə prezidentin adını səhv deyirdi, gah baş-ayaq cümlə qururdu. Yanukoviç Medvedevi Putinlə qarışdırırdı, ya da deyirdi: “Biz razılaşdıq ki, pis heç nə danışmayacağıq, edəcəyik”. Medvedevin üz ifadəsinə fikir verin. Üzündən oxunur ki: “Bunun beynində nədirsə, dilində də odur”. Sorğu-sualda o, bütün gizli məlumatları açıqlayardı. Daha bir biabırçı hadisə isə Yanukoviç əklil qoyarkən baş verir. Düzdür, bunu pis havaya yozmaq olar, lakin, nə olsa da, o, özünü yandırdı.
9. Barak Obama. Bu siyahıya düşən növbəti ABŞ prezidentidir. Onu bu siyahısa salmamaq günah olardı. Obamanın biabırçı vəziyyətlərinin sayı-hesabı yoxdur. Brifinq zamanı onu milçəklər izləyir. Bəlkə də, Rusiyanın göndərdiyi kəşfiyyat robotlarıdır? Təbii ki, bu, zarafatdı. Obama bir dəfə də Hindistanda hərbi paradda iştirak edərkən biabır olub. O, rəsmi mərasim zamanı Hindistan prezidenti ilə danışa-danışa saqqız çeynəyir. Çində G20 sammiti zamanı da saqqız onun ağzında olub. Britaniyada kraliça ilə görüşdə himn oxunarkən kraliçanın şərəfinə badə qaldırır, hətta, badəsini kraliçayla toqquşdarmağa da cəhd edir. Kraliçanın səsi aydın