İqbal Ağazadə:"Hökümət belə pensiya verməkdənsə, yaxşısı budur İSTEFA VERSİN"
Nov 4, 2016
  • 689,320
  • 10,703
  • 471

15.03.2011
İqbal Ağazadə: "İ.Ağazadə:” Məndən əvvəl çıxış edən millət vəkillərinin böyük əksəriyyəti inkişafdan, büdcənin sosial yonümlü olmasından, əhalinin qayğısına qalmasından danışdılar və hökumətin hesabatında olan rəqəmləri səsləndirdilər. Mən də istərdim, çıxışıma rəqəmlərin dili ilə başlayım.
Azərbaycanda hökumətin müəyyən etdiyi minimum isteh-lak zənbili 162 manatdır. Azərbaycanda 1 milyon 300 min təqaüdçü var və onlar 112 manat təqaüd alırlar. Sizcə, 162 manat müəyyən etdiyiniz minimum istehlak zənbilini 112 manatla təmin edən Azərbaycan hökuməti necə deyə bilər ki, bu, analoqu olmayan bir inkişafdır? Noyabr ayından bu günə kimi çörəyin qiyməti 33 faiz qalxıbsa, maaşları nə qədər qaldırmısınız? Maaşlar nə qədər artıb ki, əhali həmin artımla müqayisə aparıb ən azı öz problemlərini həll edə bil-sin? Bu gün minimum istehlak zənbili 162 manat olduğu halda müəllimin orta aylıq əmək haqqı 154, səhiyyə işçilərinin 110 manatdan yuxarı deyilsə, hansı inkişaf tempindən və dünyanın hansı aparıcı ölkələri ilə müqayisədən danışa bilərik? Bunların hamısı, sadəcə olaraq, söz yığnağından ibarətdir, rəqəmlərdir. Bu, inkişaf deyil.
Ölkənin inkişafını şərtləndirən amili bir neft sektorunun üzərində qurmusunuz. Azərbaycanın ixrac əməliyyatlarının 95 faizi karbohidrogen yataqlarından əldə olunan neft və qazın hesabınadır. Belə ölkə, doğrudan da, dünyada analoqu olmayan ölkədir. 95 faiz neftin hesabınadır. 2002-ci ildən Dövlət Neft Fondundan büdcəyə 100 milyon transfertdən başlayan gəlirlər bu gün artıq 5 milyard 915 milyondur. Bu, büdcənin 52 faizini təşkil edir. Bu vəsaitlər hara qoyulur, hansı istiqamətdə xərclənir? Sahibkarlığa kömək, regionda kənd təsərrüfatının inkişafı və sair prinsiplərdən danışılır. Bu gün burada hökumət üzvləri hansı sahibkarlara kömək edildiyini deyə bilərlər? O sahibkarları necə seçiblər? O sa-hibkarların bu və ya digər şəkildə biznesi araşdırılsa, hökumətlə bağlılığı ortalığa çıxmayacaq? Hökumət bunun fərqindədirmi?
Hökumətin hesabatı antikorrupsiya siyasəti ilə bağlı kampaniya aparılan dönəmə təsadüf edib. Çox gözəl. Ötən hesabatlarda biz dəfələrlə burada ölkədəki korrupsiya və rüşvətxorluqdan danışmışıq. Hər zaman da hökumət üzvləri, hökuməti müdafiə edən siyasi partiyalar qeyd ediblər ki, ölkədə nə korrupsiya var, nə də rüşvətxorluq. Sual olunur: korrupsiya və rüşvətxorluq yoxdursa, indi nəyin uğrunda, nəyə qarşı mübarizə aparırsınız? Əgər antikorrupsiya, antiinhisar siyasətindən söhbət gedirsə, bu gün hörmətli hökumət nümayəndələri inhisarın harada yaradıldığını, necə formalaşdığını, korrupsiyanın mənbəyinin hara olduğunu bilmirlərmi? Bu gün olsa-olsa, – o da əgər kampaniya deyilsə, ölkədə rüşvətxorluğa qarşı mübarizə aparılır, korrupsiyaya qarşı yox.
Korrupsiya tamamilə fərqli termindir. Bu gün hökumətin təqdim etdiyi hesabatda layihənin qiyməti və konkret olaraq müəyyən sahələrə ayrılan vəsaitin necə xərcləndiyi barədə ümumi məlumatdan, rəqəmlərdən başqa fərdiləşdirilmiş bir məlumat yoxdur. Korrupsiya buradan, bu hesabatdan başlayır. Konkret olaraq sahələrə ayrılan pulların xərclənməsinin təsnifatı hanı? Niyə yoxdur? Bu, korrupsiyadır. Hökumət bu gün korrupsiyaya yol açır. Bu gün burada sadaladığınız rəqəmləri aydınlaşdırsanız, bilirsiniz, nə qədər korrupsiya faktı ortalığa çıxar? Bir müddət öncə Amerika Birləşmiş Ştatlarının tik-dirdiyi məktəblə Təhsil Nazirliyinin tikdirdiyi məktəbin müqayisəsi aparılmışdı. 1 milyon 800-lə 300 min arasındakı fərqdən söhbət gedirdi.
Bizi hər zaman qınayırlar ki, inkişafı görmürsünüz. Biz inkişafı görürük, amma bu məsələlərlə bağlı suallarımıza cavab istəyirik. Yeni məktəblər tikilir, bunu hamımız görürük. Əgər məktəb tikintisinə bu qədər vəsait qoyulursa, niyə Azərbaycan məktəbində təhsil alan şagirdlərin keçid balını Tələbə Qəbulu üzrə Dövlət Komissiyası hər il aşağı salır? Hara gedir Azərbaycan gəncliyi? Hara gedir Azərbaycan təhsili? Heç bunu düşünmüsünüzmü? Biz deyirik ki, 913 min yeni iş yeri açılıb. 913 min iş yeri açılan ölkədə Dövlət Sosial Müdafiə Fonduna ödəmələr azalır. Niyə? Ən azı 150 milyon manat artmalı idi. Ora ən azı 150 milyon manat vəsait daxil olmalı idi.
"